İbtidai sinif
İbtidai sinif hazırlığı Tusi hazırlıq mərkəzində keyfiyyətli formada tədris olunur. Uşaqlarda təməlin düzgün qoyulması, yəni ibtidai sinifin vacibliyi hər kəsə aydındır. Dərs proqramı təcrübəli və peşəkar müəllim heyəti tərəfindən uşaqların asan öyrənə bilməsi şəklində tərtib edilmişdir. Dərslər geniş, rahat otaqlarda tədris olunur. Dərs prosesinin daha səmərəli təşkili üçün dərslər məhdud sayda uşaqlarla keçirilir. Tusi Hazırlıq Mərkəzində sadəcə Azərbaycan bölməsi üzrə tədris var. Şagirdlərin orta məktəb dərsləri nəzərə alınaraq hazırlıq proqramı dərs saatları daxilində mənimsədilir, sadəcə həftə sonları az miqdarda ev tapşırığı verilir. Keçirilən dərs proqramına aid bütün misal-məsələlər və izahları dərs saatları daxilində həyata keçirilir. Uşaqların asudə vaxtlarını səmərəli keçirməsi və dərslərdən yorulmaması məqsədi ilə gəzintilər təşkil olunur, öyrədici və inkişaf etdirici oyunlar oynanılır. Burada məqsədimiz, əlavə olaraq uşaqların məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirmək, əylənərək düşünmə bacarığını artırmaq, nitq mədəniyyətini düzgün inkişaf etdirməklə rahat ünsiyyət qurmasını təmin etməkdir. Dərs müddəti 40 dəqiqədən ibarətdir. Ibtidai sinif hazırlığında Azərbaycan dili, ingilis dili, riyaziyyat və məntiq dərsləri tədris olunur. Azərbaycan dilinin dərindən tədris edilməsi həm bir pedaqoq, həm də bir vətəndaş kimi borcumuzdur. Riyaziyyat fənni elmlərin açarı olduğu üçün məntiqi riyazi təfəkkürlü şagirdlərin inkişafı naminə bu fənnin tədrisinə də xüsusi əhəmiyyət veririk. Müasir dövrdə dünya dilləri içərisində ingilis dilinin mövqeyi danılmazdır, kursumuzda ingilis dilinin tədrisi metodikası xüsusi proqram əsasında tətbiq edilir. Bundan əlavə olaraq uşaqlar, olimpiadalarda və digər bilik yarışmalarında müvəffəqiyyət qazanmaq üçün məntiq fənni də dərindən öyrədilir.
İbtidai sinif hazırlığına bizim kursla başlayıb, təkmilləşdirmə və abituriyent hazırlığı ilə davam edən keyfiyyətli tədris sistemindən yararlana bilərsiniz.
Kursda həftəlik və aylıq sınaq imtahanları tam ödənişsiz keçirilir. Sınaq imtahanlarında suallar keçdikləri mövzular üzrə tərtib olunur. Valideynlər, imtahan günü şagirdlərin nəticələrinə onlayn baxa bilirlər.
Kursumuzun diqqət yetirdiyi başlıca məqamlardan biri də nizam-intizam qaydaları və uşaqların dərslərə hazırlıq səviyyəsidir. Valideynlərlə mütəmadi olaraq əlaqə saxlanılır və şagirdin nəticələri haqqında məlumat verilir. Burada əsas məqsəd valideynlərlə əməkdaşlıq əsasında yüksək nailiyyətlər qazanmaqdır. Əgər azyaşlı şagirdlərimiz ardıcıl olaraq aşağı nəticələr göstərərsə, bu barədə valideynlərə xəbərdarlıq edilir. Sınaq imtahanlarında tələbələrin göstəriciləri daim diqqət mərkəzində saxlanılır, belə ki, uğur faizi getdikcə aşağı düşən şagirdlərin valideynlərinə xəbərdarlıq edilir. Dərslərdən üzrlü səbəblərdən geri qalan və ya hər hansı şagirdə anlaşılmayan mövzular olduqda imtahan nəticələri aşağı olarsa, bu zaman əlavə dərslər tədbiq olunaraq peşəkar müəllimlərimiz tərəfindən yaranmış boşluq aradan qaldırılır.