Biz kimik

Biz kimik
Biz kimik

TUSİ Hazırlıq Mərkəzi 2014-cü ildə Bakı şəhəri Xətai rayonunda fəaliyyətə başlamışdır.
Hazırlıq Mərkəzinin məqsədi müxtəlif istiqamətlər üzrə hazırlıq keçmək istəyənlərə keyfiyyətli tədris vermək, onları düzgün istiqamətləndirməkdir. Hazırlıq mərkəzimizdə təhsil alan dinləyicilərə tədris ili ərzində hər həftə keçdiyi bütün fənlərdən mövzu testləri, ayda bir dəfə isə sınaq imtahanları da təşkil olunur. Bundan əlavə 11-ci sinif dinləyicilərinə ali məktəblərə qəbul imtahanına bir ay qalmış bir gün sınaq bir gün dərs metodikası tətbiq olunur. Nəticədə hərə bir dinləyici il ərzində 13-30 sınaq imtahanında iştirak etmiş olur. Bütün bunlar dinləyicilərin biliyini qiymətləndirməyə və qəbul imtahanına dah yaxşı hazır olmasına səbəb olur. Hazırlıq mərkəzində 5-15 illik təcrübəyə malik, peşəkar müəllim kollektivi var.

Tusi Hazırlıq Mərkəzində güzəştli və sərfəli şərtlərlə hazırlaşmaq mümkündür. Mərkəzimizin təşkil etdiyi qəbul imtahanında və bilik yarışlarında öz sinfi və ixtisas qrupunda ən yüksək nəticə göstərən şagirdlərə illik təhsil haqqında 10%-dən 100%-dək güzəşt tətbiq olunur.