Türkiyədə tələbə olmaq istəyənlərin nəzərinə!
Tusi Hazırlıq Mərkəzi 2015-2016-cı tədris ili üçün YÖS hazırlığına start verdi.
Türkiyədə təhsil almaq istəyən dinləyicilərimiz YÖS (Yabancı Ögrenci Sınavı) proqramına əsasən hazırlanır.
Əvvəllər Türkiyənin dövlət qurumu olan ÖSYM (Ögrenci Seçme ve Yerleştirme Merkezi) Yös imtahanını xarici ölkələrdə
həyata keçirirdi. Artıq bir neçə ildir ki, ÖSYM Yös imtahanının keçirilməsini dayandırdı. Xarici tələbələrin türkiyədə təhsil almasını
universitetlər özləri həyata keçirməyə başladı. Bu qəbul bir neçə pillədə aparılır.
- YÖS imtahanı ilə
- Digər Beynəlxalq imtahan nəticələri ilə (SAT, İELTS, TOEFL)
- Attestat qiymətləri ilə
Amma unutmamaq lazımdır ki, Türkiyənin ən prespektivli universitetlərinə qəbul olmaq üçün mütləq YÖS imtahanının nəticəsi lazım olur. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə fəaliyyət göstərən universitetlər tibb, mühəndislik, diş həkimliyi fakultələrinə YÖS nəticəsi ilə tələbə qəbul edirlər. YÖS imtahanı əsasən 35 riyaziyyat, 45 məntiq olmaqla (bu rəqəm bəzi universitetlərə görə dəyişir) 80 və ya 100 ballıq şkala əsasında formalaşdırılır. 40 bal minimum bal hesab olunur. İmtahanlarda iştrak etmək üçün Türkiyəyə getməyə ehtiyac qalmır. Çünki artıq Türkiyə Universitetləri YÖS imtahanını Bakıda keçirirlər. Bakı şəhərində ötən il imtahan keçirən Universitetlərdən bəziləri:
- İstanbul Universiteti (İstanbul)
- Ankara Universiteti (Ankara)
- İzmir Katib Çelebi Universitesi (İzmir)
- Atatürk Universiteti (Erzurum)
- Ondokuz Mayıs Universiteti (Samsun)
- Balıkesir Universiteti (Balıkesir)
- Selcuk Universiteti (Konya)
- Akdeniz Universiteti (Antalya)
- Celal Bayar Universiteti (Manisa)
- Çanakkale Universiteti (Çanakkale)
- Dumlupinar Universiteti (Kütahya)
- Çukurova Universiteti (Adana)
- Osmangazi Universiteti (Eskişehir)
- Giresun Universiteti (Giresun)
- Kafkasya Universiteler birliyi (Bir neçə universitet)
- Karadeniz Teknik Universiteti (Trabzon)
- Sıtkı Kocaman Universitesi (Mugla)
Xatırladırıq ki, dərslər həftənin cüt günləri saat 15:00-dən sonra olur. Həftə ərzində 6 saat riyaziyyat, 3 saat məntiq olmaqla YÖS proqramı aprel ayının sonunda bitir.