FONETİKA: Danışıq səsləri – saitlərin növləri və samitlərin növləri. Ahəng qanunu. Saitlərin uzun tələffüzü. “O” saitinin “A” kimi tələffüz edilməsi.
Söz sonunda cingiltili samitlərin ( “b”, “c”, “d”, “g” ) tələffüzü. “K” və “Q” samitinin yazılışı və deyilişi
Qoşa samitlə bitən təkhecalı sözlər. Qoşasamitli sözlərin yazılışı və deyilişi. Heca və vurğu. Sözün səs tərkibi.
LEKSİKA: Sözün leksik və qrammatik mənası. Sözün həqiqi və məcazi mənası. Çoxmənalı sözlər.
Omonimlər. Sinonimlər. Antonimlər.
Terminlər. Köhnəlmiş sözlər – arxaizmlər və tarixizmlər. Frazeoloji birləşmələr. Etimologiya nədir.
Kök və şəkilçi. Leksik və qrammatik şəkilçilər. Sözün başlanğıc forması. Şəkilçilərin variantları. Bir cür yazılan şəkilçilər. Sözönü şəkilçilər.
Söz yaradıcılığı. Düzəltmə sözlər. Mürəkkəb sözlər. Defislə yazılan mürəkkəb sözlər. Eyniköklü sözlər.
Nitq hissələri. Nitq hissəsi anlayışı. Nitq hissələrinin bölgüsü. Əsas və köməkçi nitq hissələri. İSİM: Konkret və mücərrəd isimlər. Ümumi və xüsusi isimlər. İsmin quruluşca növləri. Düzəltmə isimlər. Mürəkkəb isimlər və onların yazılışı.
İsmin mənsubiyyətə görə dəyişməsi. Mənbə, mövqe, mənafe, tale, mənşə, su, nə sözlərinin mənsubiyyətə görə dəyişməsi.
İsmin halları. Qeyri-müəyyənlik bildirən hallar.
Söz kökündə saitin düşməsi.Yönlük və çıxışlıq halında olan sözlərin yazılışı və deyilişi. Bəzi isimlərin kökündə saitin düşməsi. İsmin şəxsə görə dəyişməsi – xəbərlik (şəxs) şəkilçiləri.
SİFƏT: Əşyaya aid əlamət və ya keyfiyyət bildirməsi. Sifətin quruluşca növləri. Düzəltmə sifətlər.
Mürəkkəb sifətlər və onların yaranma yolları. Bitişik və defislə yazılan mürəkkəb sifətlər. Sifətin dərəcələri.
SAY: Say və onun mənaca növləri. Miqdar sayları: Müəyyən miqdar saylar. Qeyri-müəyyən miqdar sayları. Kəsr sayları. Numerativ sözlər. Sayın quruluşca növləri.
Sayların yazılışı (sözlərlə, ərəb rəqəmləri ilə, Roma rəqəmləri ilə). Miqdar saylarında şəkilçilərin yazılışı. Sıra saylarının yazılışı. Mürəkkəb sayların yazılışı. Saylarla işlənən isimlərin təkdə və cəmdə olması.
ƏVƏZLİK: Əvəzlik əsas nitq hissələrinin yerində işlənən söz kimi. Əvəzliklərin mənaca növləri. Şəxs əvəzlikləri. Onların şəxsə və kəmiyyətə görə dəyişməsi.
İşarə əvəzlikləri. O, bu əvəzlikləri mübtəda vəzifəsində olarkən onlardan sonra vergülün işlənmə məqamları.
Sual əvəzlikləri. Qeyri-müəyyən əvəzliklər. Təyini əvəzliklər. Əvəzliyin quruluşca növləri.
FEİL: Feilin məsdər forması. Təsdiq və inkar feillər.
Feillərin şəxsə görə dəyişməsi.
Feilin quruluşca növləri. Sadə feillər. Düzəltmə feillər. İsimdən düzələn feillər. Feildən düzələn feillər. Mürəkkəb feillər və onların yazılışı.
Feilin şəkilləri: Xəbər şəkli. Xəbər şəklində ola feillərin həm zamana, həm də şəxsə görə dəyişməsi. Feilin zamanları: Keçmiş zaman. İndiki zaman. Gələcək zaman. Xəbər şəklində olan feillərin yazılışı və deyilişi.
Əmr şəkli. Arzu şəkli. Vacib şəkli. Lazım şəkli. Şərt şəkli.