Tusi Hazırlıq Mərkəzi 2016-2017-ci tədris ili üçün Azərbaycan və Rus bölmələrində dərs deyə biləcək bütün ixtisaslar üzrə abituriyent hazırlığı təcrübəsi olan peşəkar müəllimləri işə dəvət edir.
Müəllim qəbulu 3 mərhələdən ibarətdir:
1-ci mərhələ: ixtisas imtahanı (May ayında keçirilir, dəqiq tarixi əvvəlcədən elan olunur). İmtahanda iştirak etmək istəyən müəllimlər birbaşa hazırlıq mərkəzinin qeydiyyat şöbəsinə müraciət edə və ya öz Cv formlarını tusihm@gmail.com adresinə göndərə bilərlər. Cv formlarında mütləq fotoşəkil olmalıdır. Əlavə olaraq Cv formları ilə bir yerdə diplom və qiymət əlavəsinin surət(lər)i də olmalıdır.
2-ci mərhələ: Müəllimin dərsinin dinlənilməsi. Peşəkar metodistlər və hazırlıq mərkəzinin idarə heyətinin iştirakı ilə müəllim sinif şəraitində dərs keçir
3-cü mərhələ: Müsahibə. 2 mərhələni də müvəffəqiyyətlə keçmiş müəllimlər hazırlıq mərkəzinin rəhbərliyi tərəfindən müsahibəyə dəvət olunur
Müəllim qəbul imtahanı 15 May 2016-cı il tarixində keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün mütləq buraxılış vərəqəsi alınmalıdır. Buraxılış vərəqələrini hazırlıq mərkəzimizin qeydiyyat şöbəsindən ala bilərsiniz