VIII, IX, X sinif şagirdlərinin və valideynlərin nəzərinə Tusi Hazırlıq Mərkəzi 2019-2020-ci tədris ilində təhsil almaq üçün Azərbaycan və Rus bölmələri üzrə “Qəbul kampaniyası” elan edir.
- Qəbul imtahanı : 2019-2020-ci tədris ilində hazırlıq mərkəzimizdə hazırlaşmaq istəyən abituriyentlər ilk öncə 14 Apreldə keçiriləcək Sınaq 9 – da (Qəbul imtahanı) iştirak etməlidirlər. Bilet satışları 18 Martdan etibarən başlayacaqdır. Biletləri yalnız Tusi HM-nin qeydiyyat şöbəsindən ala bilərsiniz (Tel : 012 5712640/42). Qiyməti 6 AZN. Bilet alan hər bir şəxsə ixtisas qrupuna uyğun olan 1 fəndən hazırlıq və ya test vəsaiti hədiyyə veriləcək. İmtahan orta məktəb proqramına uyğun olacaqdır.
- Güzəştli qeydiyyat kampaniyası : 2019-2020-ci tədris ilində hazırlıq mərkəzimizdə hazırlaşmaq istəyən abituriyentlər 15 Aprel 1 İyun tarixləri arasında qeydiyyatdan keçərlərsə ümumi təhsil haqqından 20%-ə qədər müxtəlif güzəştlər əldə edəcəklər. Qəbul imtahanında iştirak etmiş və güzəşt əldə etmiş abituriyentlər 15 Aprel 1 İyun tarixləri arasında qeydiyyatdan keçərlərsə əldə etdikləri güzəştdən istifadə edə bilərlər. Qəbul imtahanında 560-dan yüksək bal toplayıb lakin heç bir güzəştə düşməmiş abituriyentlər 30% güzəşt əldə edəcəklər. Əgər abituriyent qəbul imtahanında iştirak etməyibsə bu zaman o, fərdi qaydada imtahan olunur və yalnız keçid balını keçərsə hazırlıq mərkəzimizdə təhsil almaq hüququ qazanır. Keçid balları qəbul imtahanından sonra müəyyənləşdirilir.
- Qeydiyyat : Qeydiyyatdan keçmək üçün hazırlıq mərkəzinin qeydiyyat şöbəsinə valideyn abituriyentlə birgə müraciət edir. Onlara hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verilir və müqavilə bağlanılır. Qeydiyyat üçün 2 ədəd 3×4 ölçülü fotoşəkil və abituriyentin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.
- Nümunə dərslər : Hazırlıq mərkəzimizdə keçilən dərslərlə maraqlanmaq istəyən şagirdlər üçün 21 Aprel tarixindən etibarən “Nümunə dərslər” başlayacaqdır. Dərslərdə iştirak ödənişsizdir. İştirak etmək istəyən şagirdlər hazırlıq mərkəzimizin qeydiyyat şöbəsinə zəng edərək qeydiyyatdan keçə bilərlər.
- Qeydiyyat davam edir : 1 İyun tarixində “Güzəştli qeydiyyat kampaniyası” bitdikdən sonra da hazırlıq mərkəzinə qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat noyabr ayına qədər davam edir.
- Təhsil : Hazırlıq mərkəzimizdə həm Azərbaycan həm də Rus bölməsi üzrə hazırlıq mövcuddur. Dərslər həftədə 3 gün (11-ci siniflər 21 saat, 10-lar 15 saat, 9-lar 14 saat) olmaqla keçilir. Qız dinləyicilər həftənin cüt günləri, oğlanlar isə tək günləri hazırlıq keçir. Dərslərimiz saat 15:00-də başlayır, yəni sizin orta məktəb dərslərinə mane olmur. Məzunlar üçün səhər qrupları mövcuddur. Hazırlıq mərkəzimizdə oxuyacağınız təqdirdə sizə qruplar üzrə bütün hazırlıq vəsaitləri və test bankları verilir. Dərslər elektron (interaktiv) lövhələrdə tədris olunur. Hər həftə keçilmiş mövzulardan 20 suallıq imtahan (Quiz) olunur. Hər ayda bir dəfə yeni Qəbul imtahanı modelinə uyğun sınaq imtahanları keçirilir. Rüb tətillərində əlavə məşğələlər və gəzintilər təşkil olunur və bütün bunlar təhsil haqqına daxildir.
- Pedaqoji kollektiv : Pedaqoji kollektiv böyük hazırlıq təcrübəsinə malik peşəkar müəllimlərdən ibarətdir.
- Nailiyyətlərimiz : Fəaliyyət müddətində 3 nəfər məzunumuz 700 bal toplamışdır. 2018-ci il ali məktəblərə qəbul imtahanında 32 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir, 2 nəfər Prezident təqaüdçüsü adına layiq görülmüş, 19 nəfər 650-700 arası, 3 nəfər 690-700 arası bal toplamışdır. Qəbul faizimiz 95% olmuşdur.
- Təhsil haqqı : Təhsil haqqı ilə bağlı bütün suallarınıza hazırlıq mərkəzimizin qeydiyyat şöbəsində cavab ala bilərsiniz